ECM.AZ

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

Akad. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ölkədə və respublika hüdudlarından xaricdə tanınmış yüksək fəlsəfə doktorları, ixtisaslı mütəxəssislər – professorlar, tibb üzrə elmlər doktorları və fəlsəfə doktorları, ali dərəcəli həkimlər çalışaraq, cərrahiyyənin bir çox sahələrində laborator və instrumental diaqnostik tədqiqatların dəstəyi ilə əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərirlər. 1961-2018-ci illər ərzində mərkəzdə kliniki və eksperimental cərrahlığın aktual məsələlərinə həsr edilmiş 61 elmi konfrans keçirilmiş, 44 tibb üzrə elmlər doktorluğu, 208 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur. Bu illər ərzində institut əməkdaşları tərəfindən 45-dən çox monoqrafiya və dərsliklər, 40 elmi əsərlər toplusu, 220-ə yaxın metodik tövsiyə, 5400-dən çox elmi məqalə, 42 məcmuə, onlarla dərs vəsaiti və kitab nəşr edilmiş, 90-dan çox müəlliflik şəhadətnaməsi və səmərələşdirici təkliflər üzrə 350-yə yaxın vəsiqə alınmışdır. İnstitut 1961-ci ildə yarandığı zaman ilkin strukturası 5 bölmədən ibarət olduğu halda, bu gün Elmi Cərrahiyyə Mərkəzinin müasir texniki avadanlıqla təchiz edilmiş aşağıda qeyd edilən şöbələr əhaliyə yüksək keyfiyyətli xidmət göstərməkdədir:

Call Now ButtonCall Now